Direktorun Müraciəti
15 illik təcrübədən Supplier Group-a
2019-cu ildə 15 illik fəaliyyət təcrübəmizi tamamladıq. Təkmilləşən iqtisadi konyuktur, topladığımız təcrübə inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinə dəstək olmaq imkanı yaratdı. Bu məqsədlə ilk olaraq "Lubricants Supplier" MMC şirkətini təsis edərək fəaliyyətə başladıq. Qısa müddətdə bazar iştirakçıları tərəfindən fəaliyyətimizə marağın yüksək olduğunu müşahidə etmək bizi qürurlandırdı. İnkişaf etməyimizə və təkmilləşməyimizə tələbin durmadan artdığını müşahidə etməyimiz, fəaliyyətimizi "Supplier Group" Şirkətlər qrupu kimi davam etdirməyimizi zəruri etdi. Şirkətlər qrupumuza innovativ yanaşmalarla, inkişaf edən Yaşıl Enerji Həlləri, Agro, İT həlləri təklif edən şirkətlər, eləcə də bütün rayonlarımızı əhatə edən online və offline fəaliyyət göstərən satış şəbəkəsi və bu şəbəkəyə mükəmməl xidmət göstərən təchizat sistemi də daxildir. Bu inkişafa görə fəaliyyətimizə maraq göstərməklə töhfə verən hər bir şəxsə borcluyuq.
Məmmədov Hüseyn
Supplier Group CEO